EN

12 Milli Qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı, ümumilikdə 670 şəhidimizin uyduğu bu ərazilərdə Vətən müharibəsini simvolizə etdirən 44 metrlik monumental abidə ucaldılıb - Anar Eyvazov

Bakı.Trend:

Şəhid ailələri, şəhidlərimizin əziz xatirəsi daim AzərbaycanRespublikasının Prezidenti,Ali Baş Komandanımız İlham Əliyevin,həmçinin ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanındaim diqqət mərkəzindədir. “Konstitusiya və Suverenlik ili “çərçivəsində Vətən müharibəsinin beşinci ili münasibətilə Ali BaşKomandanımızın göstərişinə uyğun olaraq, Hərbi memorial məzarlıqdagenişmiqyaslı bərpa işləri həyata keçirilib.

Trend xəbərverir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətləƏlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü iləbağlı İkinci Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasındadeyib.

A.Eyvazov bildirib ki, Birinci Qarabağ müharibəsi, Apreldöyüşləri, İkinci Qarabağ müharibəsi, Antiterror əməliyyatlarıdaxil olmaqla digər əməliyyatlarda , eləcə də helikopter qəzasındaşəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusifərqlənən generallarımızın və dövlət tərəfindən təltif olunmuşmülki şəxslərin uyuduğu bu ərazilərdə aparılan yenidənqurma işlərinəticəsində daş hasar aradan qaldırılıb.

“Ali Baş Komandanımızın göstərişi ilə təşkil edilən yenidənqurmaişlərində 12 Milli Qəhrəman, 11 Vətən müharibəsi qəhrəmanı,ümumilikdə 670 şəhidimizin uyduğu bu ərazilərdə şəhid ailələrininistəkləri də nəzərə alınıb ərazidə Vətən müharibəsini simvolizəetdirən 44 metrlik monumental abidə ucaldılıb. Vətən müharibəsininhər gününü üzərində əks etdirən lövhələr quraşdırılıb”.

Qeyd edilib ki, ərazidən aparılan yenidənqurma işlərində bizimüçün müqəddəs olan bu ərazi xalqımızın milli-mənəvi dəyərlərini,eləcə də şəhidlərimizin əziz xatirəsini öz üzərində əks etdirir.İnanıram ki, bu ərazini ziyarət edən hər bir vətəndaşımızşəhidlərimizin fədakarlığını hiss edəcək:

“Anım günü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbərheyəti Ulu Öndər Heydər Əliyevin məzarınl ziyarət edib, ŞəhidlərXiyabanını, Zəfər kompleksini ziyarət edərək şəhidlərimizə hörmətvə ehtiram nümayiş etdiriblər. Həmçinin hərbi hissələrdə Anım günüilə əlaqədar kompleks tədbirlər həyata keçirilir.

Ali Baş Komandanımızın göstərişi ilə Müdafiə NazirliyininYasamal rayon İcra Hakimiyyətinin və Bakı Abadlıq Xidməti iləqarşılıqlı həyata keçirilən kompleks yenidənqurma tədbirlərinəticəsində bu ərazilər xalqımızın milli-mənəvi dəyərlərini, eləcədə şəhidlərimizin əziz xatirəsini əks etdirir”.

Chosen
19
az.trend.az

1Sources