Bakı, 27 sentyabr, AZƏRTAC
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə mərkəzindən AZƏRTAC-a bildirilib.