EN

Danimarka Aİ sammitində dronlardan müdafiə ilə əlaqədar İsveçin yardımını qəbul edəcək

Stokholm, 27 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Oktyabrın 2-də Kopenhagendə keçiriləcək Avropa Siyasi İttifaqının sammiti zamanı istifadə etmək üçün İsveç Danimarkaya hərbi pilotsuz uçuş aparatları əleyhinə sistemlər verəcək.

AZƏRTAC xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi hava limanları yaxınlığında və bütün ölkə ərazisində qeydə alınan bir sıra dron insidentlərindən sonra bu təklifi “təbii olaraq” qəbul etdiyini təsdiqləyib. Təkcə son 24 saat ərzində polis 500-ə yaxın şübhəli görüntünü qeydə alıb.

İsveçin baş naziri Ulf Kristerssonun sözlərinə görə, təqdim edilən sistemlər arzuolunmaz dronları vurmağa qadirdir. Ekspertlər qeyd edirlər ki, belə sistemlər adətən hərbi təlimlər və beynəlxalq tədbirlər zamanı istifadə olunur.

Hərbi dron əleyhinə sistemlər mobildir və konkret obyektlərin qorunması üçün müvəqqəti olaraq yerləşdirilə bilər. Oxşar texnika Paris Olimpiadasında da tətbiq edilib. Bununla belə, mütəxəssislər onların mülki məqsədlərlə uzunmüddətli istifadə üçün, məsələn hava limanlarında davamlı nəzarət üçün uyğun olmadığını vurğulayırlar.

Danimarka, Aİ-nin və NATO-nun digər ölkələri bu sahədə əməkdaşlığa kollektiv təhlükəsizliyin mühüm elementi kimi baxırlar.

Chosen
5
1
azertag.az

2Sources