EN

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım edib

Türkiyənin Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Editor.az  xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Qarabağ uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulan sülh və rifahı təmin edəcək.

“Bir millət, iki dövlət” şüarı ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaq”, – deyə paylaşımda qeyd edilib.

Chosen
30
49
editor.az

10Sources