EN

Münhenin mərkəzi meydanında Azərbaycanın mina qurbanlarına dair fotosərgi açılıb (FOTO)

Bakı. Trend:

2025-ci il sentyabrın 26-da Almaniyanın Münhen şəhərinin mərkəziKarlsplatz meydanında Azərbaycanın mina qurbanlarına dair açıq səmaaltında fotosərgi təşkil olunub. Fotosərgi AzərbaycanRespublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə“Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “TəhlükəninkulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb.

Trendxəbər verir ki, layihədə QHT-nin Almaniyadan tərəfdaşı MünhenAzərbaycanlıları Mədəniyyət Mərkəzi olub.

Sərgidə mina qurbanlarına dair 20-dən çox fotoşəkil, insanhekayələri və statistik məlumatlar nümayiş etdirilib. Hər bir fotoyalnız fərdi bir hadisəni deyil, bütöv bir xalqın üzləşdiyihumanitar faciəni əks etdirib.

Münhen sakinləri fotolardakı mina qurbanları barədə QR kodvasitəsilə əlavə məlumatlar əldə ediblər.
“Mən ayağımı itirdim, amma ümidimi yox!”, “Həkim idim, minayadüşənləri xilas edirdim. Özüm minaya düşdüm”, "11 yaşımda oyuncaqbilib oynadığım mina uşaqlığımı əlimdən aldı", "Tank əleyhinəminaya düşdüm. Gənclik coşğusunun nə olduğunu bilməsəm də, ikiayağını itirən gəncin hisslərinə bələdəm" kimi mesajlar minaqurbanlarının yaşadıqlarını təsirli sözlərlə iştirakçılaraçatdırıb. Ziyarətçilər də səmimi duyğularını müvafiq lövhədə minaqurbanlarına yazıblar.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyevbildirib ki, o, özü də 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluqkəndi istiqamətində hərəkətdə olarkən yoldaşları ilə birgəErmənistanın basdırdığı tank əleyhinə minaya düşüb, təsadüfnəticəsində sağ qalıb. Lakin onunla birgə xidməti vəzifələriniyetirə yetirən 3 nəfər – Sirac Abışov (teleoperator), Məhərrəmİbrahimov (jurnalist), Arif Əliyev (yerli icra hakimiyyətininəməkdaşı) şəhid olublar, digər 4 nəfər isə müxtəlif dərəcəli bədənxəsarətləri alıb.

Sərgidə məlumat verilib ki, Ermənistanın mina müharibəsinəticəsində bu günədək 3400-dən çox azərbaycanlı mina qurbanınaçevrilib. Onlardan 409-u 2020-2025-ci illərdə mina və partlamamışhərbi sursatlardan xəsarət alanlardır. Son 5 ildə mina hadisələri71 nəfər azərbaycanlının həyatına son qoyub. Siyasi təzyiqlərdənsonra Ermənistan müəyyən mina xəritələrini təhvil versə də, onlarınyalnız 25 faizi düzgün çıxıb. Bu səbəbdən “Gilavar Foto Klubu”Ermənistanı dəqiq mina xəritələrini təqdim etməyə çağırıb.
Sərgidə qeyd olunub ki, mina problemi qlobal mahiyyətlidir. ArtıqAzərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişafMəqsədi kimi elan edib və bu məsələnin BMT-nin 18-ci Dayanıqlıİnkişaf Məqsədi kimi qəbul edilməsi hazırda əsas çağırışdır.

Münhendə açılmış fotosərgi mina probleminin, onun gətirdiyibəlaların qarşısının alınması üçün insanları qlobal səfərbərliyəsəsləyib.

Qeyd edək ki, Azərbaycan QHT-sinin Almaniyada mina mövzusundafotosərgi təşkil etməsi ilk dəfədir. “Gilavar” Foto Klubu İctimaiBirliyi bu sərgini Avropanın digər şəhərlərində də davam etdirməyiplanlaşdırır.

Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Münhenin
Məqalədə:
Chosen
38
9
az.trend.az

10Sources