EN

“Turan”ın baş məşqçisindən futbolçusuna ŞOK SÖZLƏR: “Səni döymək lazımdır!”

«Turan Tovuz»un müdafiəçisi Hayderson Hurtado psixoloji təzyiqə məruz qalıb.

Baş məşqçi Kurban Berdiyev onu komandadaxili toplantıda «ağ yuyub, qara sərib».

«Baba» Premyer Liqanın ötən turunda «Sabah»a 0:2 hesablı məğlubiyyətin səbəbkarları qismində kolumbiyalı legioneri sərt tənqid edib.

Sükançı qol epizodunda səhvə yol verən Hurtadoya «buna görə səni döymək lazımdır» ifadəsini işlədib. Cənubi amerikalının ona tərcümə olunan sözü eşidəndən sonra donub yerində qalıb, Berdiyevə cavab qaytarmayıb.

Yeri gəlmişkən, baş məşqçi qəribə qadağa qoyub.

Rusiyalı mütəxəssis «Sabah»a məğlub olduqları matçın (0:2) analizinə həsr olunmuş iclasda müdafiəçilərə sərt xəbərdarlıq edib.

«Baba» ləqəbli mütəxəssis arxa xəttt oyunçularına topu bir-birinə ötürməyi yasaqlayıb. 73 yaşlı sükançının tapşırığına əsasən, onlar növbəti oyunlardan etibarən bu «yeniliy»in icrasına mükəlləfdir.

Berdiyev qəti şəkildə deyib ki, hansı oyunçu hücuma müdafiədən topla çıxmağa başlasa, onu böyük miqdarda cərimələyəcək. Baş məşqçi «yuvarlaq meşin»i birbaşa irəliyə göndərməyi istəyib.

Qərb komandası Premyer Liqanın ilk beş həftəsində 9 xal toplayıb. «Araz-Naxçıvan»la «Sabah»a uduzan «Turan» turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Chosen
13
1
sportinfo.az

2Sources