EN

AzərEnerji”də Anım Günü ilə bağlı tədbirlər keçirilib

ain.az bildirir, Bakivaxti portalına istinadən.

27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə “AzərEnerji” və “Azərişıq”ASC-lərin rəhbərliyi və kollektiv üzvləri Zəfər Abidəsini ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.Eyni zamanda “AzərEnerji”nin Baş idarəetmə, elm və tədris kompleksində Anım Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixinə ən şanlı səhifə kimi yazılıb.

Məlumat verilib ki, müharibədə “AzərEnerji”nin 183 əməkdaşı iştirak edib. Onlardan 2 nəfər şəhidlik zirvəsinə ucalıb, 9 nəfər qazi olub, 172 nəfər dövlət tərəfindən medallarla təltif edilib. Bundan başqa, 12 əməkdaşın ailə üzvü şəhid olub.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı “AzərEnerji” kollektivinin bütün üzvləri gecə-gündüz çalışaraq ölkənin fasiləsiz enerji təchizatını təmin ediblər. Düşmən ordusunun strateji obyektlərə, o cümlədən Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasına və bəzi yarımstansiyalara hücumlarına baxmayaraq, enerji sistemi sabit saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
6
bakivaxti.az

10Sources