EN

Ermənistan XİN ilə Səudiyyə Ərəbistanı Krallığının XİN rəhbəri siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalayıb

Ermənistanın  xarici işlər naziri Ararat Mirzoyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, anlaşma BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.

Chosen
16
operativmedia.az

1Sources