EN

Balakəndən keçən İnterçaydan sel keçir

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Balakəndən keçən İnterçaydan sel keçir, daşqın təhlükəsi yaranıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mənbəyini Gürcüstandan götürən və Balakən rayonu ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, rayonun Şərif kəndində təhlükə yaranıb.

Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Gürcüstana yağan güclü yağışlar çayda sululuğu artırıb, Şərif kəndinin əkin sahələrinə və bir neçə həyatyanı sahəyə su dolub.

Qeyd olunub ki, hazırda idarənin texnikaları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
baku.ws

3Sources