EN

Ağdamın Quzanlı kəndində şəhidlərin xatirəsi yad olundu VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Ağdam rayonunun Quzanlı kəndində bir dəqiqəlik sükutla yad olunub.Bizim.Media xəbər verir ki, sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon sakinləri şəhid əsgər və zabitlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
46
bizim.media

10Sources