EN

Fələstindən FİFA ya müraciət: “İsraili kənarlaşdırın”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fələstin Futbol Federasiyası futbolun ali qurumu olan FİFA-ya məktub göndərərək İsrailin dərhal futboldan uzaqlaşdırılması çağırışını edib.

"Cebheinfo.az" xəbər verir ki, federasiya prezidenti Cibril Racubun imzasını daşıyan və “FİFA-ya konkret tədbir çağırışı: irqçilik, aparteid, təxribat və cinayət ortaqlığına sıfır tolerantlıq” başlıqlı 7 səhifəlik məktubda, İsrailin beynəlxalq futbol təşkilatlarından dərhal çıxarılması tələb olunub.

Məktubda BMT-nin Müstəqil Araşdırma Komissiyasının İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım cinayəti törətdiyini bildirdiyi hesabat xatırladılıb.7 oktyabr 2023-cü ildən bu yana 416 futbolçu və futbol rəsmisinin öldürüldüyü, onların dörddə birinin uşaq olduğu qeyd olunub.

Qəzzadakı idman infrastrukturunun sistematik şəkildə məhv edildiyi vurğulanan məktubda, israilli futbolçuların və klubların Qəzzanı bombalayan hava qüvvələrinə dəstək verdiyi, sosial şəbəkələrdə soyqırımı təşviq edən paylaşımlar etdiyi ifadə olunub.

FİFA-ya İsrail Futbol Federasiyası və oyunçularına qarşı müstəqil araşdırma aparılması çağırışını edən Prezident Racub, Qəzza və İordan çayının qərb sahilindəki futbol infrastrukturunun yenidən qurulması üçün dəstək istəyib.

“HT Spor”-un paylaşdığı məktubda qeyd olunub ki, əgər FİFA bu məsələdə hərəkətə keçməzsə, yalnız öz qaydalarını deyil, beynəlxalq hüququ və futbolun ümumbəşəri dəyərlərini də pozmuş olacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
cebheinfo.az

2Sources