EN

Gürcüstana yağan yağış Balakəndə sel və daşqın təhlükəsi yaradıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstana yağan intensiv leysan yağışları Balakəndə İnterçayda sel və daşqın təhlükəsi yaradıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yağış səbəbindən mənbəyini Gürcüstandan götürən və Balakən rayonunun Şərif kəndi ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, çayda sel və daşqın təhlükəsi yaranıb.

Əldə olunan məlumata görə, artıq çayın bir-neçə hissəsində daşqın baş verib. Sel suları Şərif kəndi ərazisini basıb. Əraziyə Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikası və işçi qüvvəsi cəlb olunub, baş verə biləcək təhlükəsizliyi aradan qaldırma istiqamətində işlər aparılır.

Qeyd edək ki, İnterçayı mənbəyini Gürcüstan ərazisindən götürür, Balakən rayonundan 10 km məsafə axınından sonra Mazım çayına tökülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
4
apa.az

5Sources