EN

Samir Abasovun Emin Mahmudova ümidi qalmadı, yerinə TRANSFER ETDİ!

“Neftçi” çoxdan gözlənilən növbəti transferini, nəhayət ki, dünən rəsmiləşdirdi.

"Ağ-qaralar" İfeanyi Metyu ilə anlaşdığını açıqladı.

28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlandı. O, 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətəni Nigeriyadan başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Metyunun keçidini Samir Abasov istəyib. Özü də hədsiz israrla! Fevraldan bəri meydana çıxmaq fürsəti əldə etmədiyini bilə-bilə.

«Baş məşqçi nədən afrikalının xidmətinə belə həvəs göstərib» deyə sual etsəz, üzümüzü mütləq Emin Mahmudova tərəf çevirməliyik.

Abasov mövsüm əvvəlində kapitan sarğısını təkrar geri qaytardığı yarımmüdafiəçinin performansından gileylidir. O, klub funksionerləri ilə söhbətlərində 33 yaşlı orta sahə oyunçusundan şikayətini dönə-dönə dilə gətirib.

Bildirib ki, Eminin oyununda heç bir irəliləyiş görmür, həmçinin liderlik mövqeyinə üstlənmir, komandanı öz arxasınca apara bilmir.

Baş məşqçinin fikrincə, Mahmudov rəqabət hiss etmədiyindən, üzərində çalışmır, odur ki, qeyri-sabit təsir bağışlayır, bu da kollektivin ümimi çıxışına mənfi təsir göstərir.

Çalışdırıcının kapitana yönəlik iradları, əslində, kifayət qədər əsaslıdır. Emin mövsümün arxada qalan bölümündə «Neftçi»yə ciddi qatqı verməyib, bəzən meydanda varlığı ilə yoxluğunu duyurmayıb.

Sanki qəflət yuxusundadır və hələ də ayılmaq istəmir. Kaptanlıq bazubəndinin yenidən qoluna taxılması da yarımmüdafiəçininn oyununda inkişaf yaratmayıb.

Metyu Mahmudovu hərəkətə gətirməlidir. 2017-ci ildən bu formanı geyinən orta sahə oyunçu bilməlidir ki, artıq ona əvəzedilməz gözüylə baxılmayacaq.

Tərpəniş göstərmədisə, Abasov əsas heyətdə nigeriyalıya güvənəcək.

SPORTİNFO.AZ

Chosen
20
sportinfo.az

1Sources