EN

Millimiz MDB Oyunlarına qələbə ilə başladı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, A qrupunda yer alan U-16 Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.

Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.

Samir Musayev: “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur“

“Şamaxı” "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR

Qurban Qurbanov: “Bu, bizim də planlarımızı pozdu”

Kaxaber Tsxadadze: “Onu çətinliklə sakitləşdirə bildik”

“Neftçi” “Karvan-Yevlax”la matça bir itki ilə çıxacaq

Chosen
16
18
apasport.az

10Sources