EN

Emin Əmrullayev: "Nazirlik qanun pozuntularına reaksiya verir"

"Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanı deyil".

“Cebheinfo.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə qanun pozuntularına cəza verilməsi hallarına münasibət bildirərkən deyib.

O bildirib ki, nazirlik tənzimləyici qurumdur və hər bir halda qanun pozuntusuna reaksiya verir.

“Mənə elə gəlir ki, məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək ki, nə vaxt bizim cəmiyyət anlayacaq ki, bu davranış qəbuledilməzdir. Yəni biz bu prosesi hamı ilə birlikdə etməliyik ki, məktəb daxili qaydalara hamı riayət etsin", - nazir qeyd edib.

“Cebheinfo.az”

Chosen
12
6
cebheinfo.az

10Sources