EN

Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri aparılıb, monumental abidə inşa edilib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Şəhidlərimizin əziz xatirəsi, şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın daima diqqət mərkəzindədir.

APA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov Anım Günü ilə bağlı Hərbi Memorial Məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq Hərbi Memorial Məzarlıqda genişmiqyaslı bərpa işləri həyata keçirilib: “Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidənqurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb.

Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işləri nəticəsində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı olmaqla, ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsini simvolizə edən monumental abidə inşa edilib: “Həmçinin 44 günlük Vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar bizim üçün müqəddəs olan bu ərazi xalqımızın mili-mənəvi dəyərlərini, şəhidlərimizin əziz xatirələrini simvolizə etdirir. Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizn fədakarlığını hiss edəcək. Bizim irsimizi daim qəlbimdə qoruyacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
7
apa.az

9Sources