AZ

Hərbi Memorial Məzarlıqda 44 metrlik abidə ucaldılıb - Anar Eyvazov

Şəhid ailələri və şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Vətən müharibəsinin beşinci ildönümü ərəfəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq cəmiyyət arasında İkinci Fəxri və İkinci Şəhidlər xiyabanı kimi tanınan, hazırda isə Hərbi Memorial Məzarlıq adlandırılan ərazidə genişmiqyaslı bərpa işləri həyata keçirilib. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı daxil olmaqla digər əməliyyatlarda, eləcə də helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, Vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif olunmuş mülki şəxslərin uyduğu bu ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində arada mövcud olan daş hasar aradan qaldırılıb. Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidənqurma işlərində 12 Milli Qəhrəman, 11 Vətən Müharibəsi Qəhrəmanı, ümumilikdə 670 şəhidin uyuduğu bu ərazidə şəhid ailələrinin təklifləri və istəkləri də nəzərə alınıb. Onlardan 483-ü Birinci Qarabağ, 187-si isə Vətən müharibəsi, antiterror əməliyyatı və digər döyüşlərin şəhidləridir.

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

Polkovnikin sözlərinə görə, Ali Baş Komandanın göstərişi ilə Müdafiə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eləcə də "Bakı Abadlıq Xidməti" MMC ilə qarşılıqlı həyata keçirilən kompleks yenidənqurma tədbirlər nəticəsində bu ərazilər şəhidlərimizin əziz xatirəsini əks etdirir: "Ərazidə Vətən müharibəsini simvolizə etdirən 44 metrlik monumental abidə, haqq savaşımıza dair günbəgün hadisələri və məmulatları öz üzərində əks etdirən lövhələr ucaldılıb. Aparılan yenidənqurma işləri nəticəsində bizim üçün müqəddəs olan bu ərazi xalqımızın milli mənəvi dünyası dəyərlərini, eləcə də əziz şəhidlərimizin xatirəsini öz üzərində simvolizə etdirir. İnanıram ki, bu müqəddəs əraziləri ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizin fədakarlığını hiss edəcək və bizim böyük irsimizi daim qəlbində daşıyacaq.

Anım Günü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbər heyəti, ilk növbədə, Ulu Öndərin məzarını, sonra Şəhidlər xiyabanı və Zəfər kompleksini ziyarət edərək şəhidlərə hörmət və ehtiram göstərib. Bundan başqa, Azərbaycan Ordusunun hərbi qulluqçuları gün ərzində Anım Günü ilə əlaqədar şəhid ailələrini, Şəhidlər xiyabanını ziyarət edir, hərbi hissələrdə, eləcə də hərbi müəssisələrdə kompleks tədbirlər həyata keçirilir və şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır".

Seçilən
6
7
modern.az

9Mənbələr