EN

Gəncə şəhər stadionunun açılışı olub – FOTOLAR

Gəncə şəhər stadionunun açılışı olub.

Msport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib.

Dövlətimizin başçısına stadion barədə məlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

media-1758968057_0f4a6ac53ea93fd6bc5062ee57ee1b39

media-1758968053_9ab9df0a23e8e705d203c93358a52634

 

media-1758968059_669ddc5d36cf186764fb85546cdb1294

media-1758968060_24336893169926db10e0c475ad25939c
media-1758968062_b201b8f367fc1aa077be927dca6ae7b5
Chosen
6
49
msport.az

10Sources