EN

Kürdəmirdə şəhidlərimizin əziz xatirəsi yad edildi – VİDEO

27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Kürdəmirdə də bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, saat 12:00-da nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən siqnallar verilib, polis əməkdaşları hərbi salamla şəhidlərimizin xatirəsini anıblar.
 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.


Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.


Bizim.Media, Aran bürosu

Chosen
17
46
bizim.media

10Sources