EN

ABŞ Rusiya-Serbiya şirkətinə qarşı sanksiyaların tətbiqini təxirə saldı

ABŞ Serbiyanın və Rusiyanın "Serbiya Neft Sənayesi" (NIS) şirkətinə qarşı sanksiyaların tətbiqini oktyabrın 1-dən oktyabrın 8-9-dək təxirə salıb.

News24.az xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası (RTS) məlumat yayıb.

"Prezident Aleksandr Vuçiçlə söhbətdən sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini daha səkkiz gün, yəni 8-9 oktyabra qədər təxirə salıb. Bundan əvvəl Vuçiç amerikalı tərəfdaşlarla yenidən danışıqlar aparacağını bildirmişdi", - telekanal qeyd edib.

Məlumata görə, əvvəlki möhlət sentyabrın 26-da başa çatıb. Bir gün əvvəl Vuçiç Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində bildirib ki, ABŞ Maliyyə Nazirliyi sanksiyaların təxirə salınma müddətini cəmi dörd gün – oktyabrın 10-nə qədər uzadıb. Onun sözlərinə görə, bu, Serbiyaya ziyan vuracaq.(Report)


Chosen
52
3
news24.az

4Sources