EN

Azərbaycandan gələn maşından 50 milyon dollarlıq heroin çıxdı

Ajans.az Report.az-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər. Müsadirə olunan narkotiklərin "qara bazar"dakı dəyəri 50 milyon dolları ötür. DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb. "Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, "balıq yemi" ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən keçib", – brifinqdə bildirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.

"Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə istintaq aparılır", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.

Chosen
15
11
Ajans.az

10Sources