EN

27 Sentyabr Şəhidlərin əziz xatirəsi və Azərbaycan Türkiyə qardaşlığının simvolu

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"27 Sentyabr – Azərbaycanın Anım Günündə bütün şəhid qardaşlarımızı dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.Qanları ilə torpağı müqəddəsləşdirən bu igidlər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının fəxridir".Bunu .... açıqlamasında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Selçuk Karakılıç deyib.  

"Onların qəhrəmanlığı sayəsində azadlıq və ədalət bərpa olundu. Qazilərə sağlamlıq, uzun ömür  arzulayıram. Onların doğma torpaqlarını uğrundakı qəhrəmanlıqları hər zaman qəblərdə yaşayacaq və  göstərdikləri fədakarlıq, döyüş əzmləri gələcək nəsillərə örnək olacaq. Azərbaycanın igid övladları tarixin ən parlaq səhifələrində əbədi yaşayacaq. 

Bu tarixi Zəfərdə  Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik qətiyyəti, uzaqgörən siyasəti və dəmir iradəsi həlledici rol oynadı. Onun müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqları azad olundu. Prezident İlham Əliyev yalnız bir Prezident deyil, həm də xalqının inamını özündə cəmləyən əsl Baş Komandan kimi Vətən müharibəsinin rəmzinə çevrildi. 

Bu dönəmdə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qardaşlıq dəstəyi Azərbaycan–Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. “İki dövlət, bir millət” şüarı Vətən müharibəsi günlərində həm mənəvi, həm siyasi, həm də diplomatik gücün ən gözəl ifadəsinə çevrildi. Bu birlik və qardaşlıq bütün dünyaya nümunə oldu. 

Türkiyədən bir qardaşınız olaraq bildirirəm, Azərbaycanın sevinci də, kədəri də bizimdir. Bayrağınızın azad torpaqlarda dalğalanması şəhidlərin ruhunu şad etdiyi kimi, bizə də böyük qürur verir. İlham Əliyevin müdrik rəhbərliyi və Prezident Ərdoğanın sarsılmaz qardaşlıq dəstəyi ilə yazılan bu tarixi Zəfər heç vaxt unudulmayacaq!",-deyə S.Karakılıç əlavə edib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
xalqqazeti.az

2Sources