EN

Robert Prosineçki yenə millimizi çalışdıracaq?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin təyin olunacağı yaxın günlərdə məlum olacaq.

Bizim.media  xəbər verir ki, Ayxan Abbasovun ölkənin əsas komandasının "sükanı arxasında" qalıb-qalmayacağı gələn həftə bəlli olacaq. Assosiasiya ilə 44 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.

Məlumata görə, Abbasovla razılıq əldə olunmayacağı təqdirdə baş məşqçi postu əcnəbi mütəxəssisə tapşırılacaq. Artıq bu yöndə ilkin danışıqlar olub və razılıq əldə edilib. Rəsmilər ehtiyat variant kimi vaxtilə yığmanı çalışdırmış Robert Prosineçki ilə təmas qurublar və xorvatiyalı mütəxəssis yenidən Azərbaycanda işləməyə isti yanaşıb.

Qeyd edək ki, 56 yaşlı xorvat 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrına qədər Azərbaycan yığmasının baş məşqçisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
10
olaylar.az

10Sources