EN

İsrail 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Netanyahu və onun qətliam törədən heyəti mühakimə olunmalı və cəzalandırılmalıdır. İsrailə qarşı çəkindirici sanksiyalar, o cümlədən beynəlxalq idman turnirlərində iştirakına qadağa qoyulmalıdır. İspaniyanın mövqeyini də gözardı etmək olmaz. Ən əsası İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Yoxsa yanğın daha da genişlənəcək”, - Türkiyə lideri əlavə edib.

Chosen
7
7
axar.az

8Sources