EN

İsmayıllıda dayı bacısı oğlunu döydü İşə polis qarışdı

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsmayıllı Rayon Məhkəməsinin sürücüsünün qohumları kafedə dava salıb.

Oxu.Az-ın məlumatına görə, hadisə İsmayıllı rayonu ərazisindəki kafelərdən birində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Sаrvаn Bаbаyev qardaşı oğlu, 2005-ci il təvəllüdlü İlhаm Bаbаyev və bacısı oğlu Elmаn Xəlilоv kafedə oturub yeyib-içiblər. Bir neçə saatdan sonra İlham Babayevlə Elman Xəlilov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Sarvan Babayev qardaşı oğlu İlhamla birləşib, bacısı oğlu Elmanı döyüblər. Sezar pizza

Elman Xəlilovun şikayətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

İşə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Tərəflər arasında barışıq elan olunmasa da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

E.Xəlilov qərardan narazı qalıb və apelyasiya şikayəti verib.

Şəki Apellyasiya Məhkəməsi işi yenidən araşdırıb, İsmayıllı Rayon Məhkəməsdinin qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan S.Babayev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən S.Babayev İsmayıllı Rayon Məhkəməsinin sürücüsü Natiq Babayevin qardaşı, işdə adı hallanan İ.Babayev isə qardaşı oğludur. Hadisə nəticəsində zərərçəkmiş kimi tanınan E.Xəlilov isə Natiq Babayevin bacısı oğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
7
yenisabah.az

8Sources