EN

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşüb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Paralel.az -a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən "Soyqırımı" memorial muzeyi ziyarət edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımız hərtərəfli inkişaf edir. Qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də səbəb olduğunu deyən Hərbi prokuror diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Bu da hərbi uğurlarımızı şərtləndirib. Nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdiyi növbəti təxribatların qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib, Zəfər təmin olunub.

Digər çıxış edənlər də Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs ediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət və qayğıya görə Hərbi prokurora və prokurorluğun kollektivinə təşəkkür ediblər.

Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək olan kursantlara hədiyyələr təqdim edib.

Chosen
35
28
paralel.az

10Sources