EN

Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi- Video

Həftənin cümə günü Masallı rayonunda keçirilən “Çəltik və düyü festivalı” bir çox məqamları ilə yadda qalıb.

Tribunainfo.az xəbər verir ki, ən yaddaqalan məsələ isə deputat Cavanşir Paşazadənin çıxışı olub.
Belə ki, Paşazadə Şəhidlərimizin Anım Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edib. O deyib: “Bu tədbir çox gözəl bir gündə keçirilir. Bildiyiniz kimi, sabah bizim suverenliyimizin, qələbəmizin 5 ili tamam olur. Hər birinizi sabahkı gün münasibətilə təbrik edir, sizə cansağlığı arzulayıram”.
Lakin millət vəkilinin bu sözləri tədbir iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə və yerli ictimai mühitdə onun çıxışı sərt tənqid olunub.
Çünki 27 sentyabr – Anım Günü 2020-ci ilin İkinci Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirəsinə həsr olunub. Bu gün qələbə bayramı deyil, matəm və ehtiram günüdür. Millətə bu gündə təbrik ünvanlamaq, üstəlik Zəfər Gününü (8 noyabr) Anım Günü ilə qarışdırmaq, çoxları tərəfindən “siyasi savadsızlıq” və “biabırçılıq” kimi dəyərləndirilib.
Tənqidçilərin sözlərinə görə, Anım Günündə millətə başsağlığı verilməli, şəhidlərin ruhuna hörmət göstərilməlidir. Əks halda, bu cür çıxışlar şəhid ailələrinə və cəmiyyətin ümumi yaddaşına hörmətsizlik kimi qəbul olunur.
Xatırladaq ki, Anım Günü — 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ehtiram günü kimi təsis olunub.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Chosen
11
3
yenilik.az

4Sources