Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin qiyabi həbsinə order verib.
News365.az xəbər verir ki, bu barədə məlumatı “SANA” agentliyi yayıb.
Bildirilib ki, Əsəd barəsində 2011-ci ildə Dəra əyalətində baş verən hadisələrə dair ittihamlar üzrə həbs qərarı çıxarılıb.
Keçmiş prezident qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncələr verməkdə və həbslərdə ittiham olunur.
Qeyd edək ki, 2011-ci ildə Dəra əyalətində hökumət əleyhinə aksiyalar keçirilib. Bunların qarşısının alınması ilə bağlı keçirilən əməliyyatlarda onlarla insan həlak olub.
Onu da xatırladaq ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib.