EN

ABŞ-nin Azərbaycandakı səfirliyi Anım Günü ilə bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Yenisabah.az xəbər verir ki, səfirlik 27 Sentyabr Anım Günü ilə bağlı rəsmi "X" hesabında paylaşım edib.

"Azərbaycanda Anım Günündə biz onilliklər boyu davam edən münaqişə zamanı şəhid olan azərbaycanlıları yad edirik. pizza sifarişi

Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz tarixində yeni səhifənin başlanmasının şahidi olduq və ABŞ regionda davamlı sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Bu gün ABŞ səfirliyi yaxınlarını itirən azərbaycanlılara və onların ailələrinə dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.


Telegram kanalımız
Chosen
10
4
yenisabah.az

6Sources