EN

Mirzoyan Lixtenşteynin baş nazirinin müavini ilə Bakı-İrəvan sazişlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lixtenşteynin baş nazirinin müavini, xarici işlər, ətraf mühit və mədəniyyət naziri Sabine Monauni ilə görüşüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in teleqram kanalında məlumat yayıb. 

Tərəflər regional əməkdaşlığın təmin edilməsi və kommunikasiyaların genişləndirilməsi kontekstində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Lixtenşteynin xarici işlər naziri erməni həmkarını Vaşinqtonda Azərbaycan və ABŞ ilə əldə olunan razılaşmalara görə təbrik edib.

Chosen
11
5
missiya.az

6Sources