EN

AZƏRTAC-ın kollektivi Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından beş il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. SİA-nın məlumatına görə, 27 Sentyabr - Anım Günü ilə əlaqədar AZƏRTAC-ın da kollektivi Zəfər parkında olub, buradakı abidə önünə gül dəstələri qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək.

Chosen
13
1
sia.az

2Sources