EN

Yekaterinburqda həbsdə olan azərbaycanlılarla bağlı ŞOK MƏLUMAT

Yekaterinburqda həbs edilən azərbaycanlıların və diaspora rəhbəri Şahin Sıxlınskinin işini aparan müstəntiqlə bağlı qalmaqallı xəbər yayılıb.

Musavat.com rucriminal.info-ya istinadən xəbər verir ki, azərbaycanlıların işi üzrə istintaq Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə xüsusilə mühüm işlər üzrə dördüncü idarənin rəisi mayor Yaroslav Kuznetsovun icraatındadır.

Xəbərdə bildirilir ki, Rusiya İstintaq Komitəsi Azərbaycanla münasibətləri kəskin pisləşdirən bu qalmqallı işlər üzrə istintaqın tezliklə yekunlaşdırılmasını tələb edir. Məhz bu səbəbdən Sverdlovsk İstintaq Komitəsinin rəhbəri, general-mayor Boqdan Frantişkonun müstəntiqi iş üzrə tələsdirməsi münaqişəyə səbəb olub.

Gərginlik o həddə çatıb ki, azərbaycanlıların işini aparan müstəntiq Yaroslav Kuznetsov iş yerinə sərxoş gəlib və özünü nalayiq aparıb.

Ruscriminal.info yazır ki, Sverdlovsk İstintaq Komitəsinin rəhbəri müstəntiqi yanına çağıraraq onu danlayıb, istintaqı sürətləndirməyi tələb edib. Müstəntiqlə gərginlik o həddə artıb ki, komitə sədri onu kobud sözlərlə təhqir edib. Bu səbəbdən də müstəntiq işə sərxoş gəlib.

Bildirilir ki, Sverdlovsk İstintaq Komitəsinin rəhbərinin azərbaycanlıların işi üzrə istintaqı sürətləndirməsini tələb etməsinin başqa bir səbəbi də var. Belə ki, bu işin istintaqında vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi general-mayor İqor Nikolayevin də marağındadır. FTX rəisi ilə yerli istintaq Komitəsinin rəhbərinin isə münasibətləri pisdir.

Saytın xəbərindən anlaşılır ki, bu istintaqın başdansovdu tamamlanmasını Rusiya hakimiyyətinin marağındadır. “Etnik azərbaycanlılara qarşı səs-küylü cinayət işlərindən Rusiya Azərbaycanla danışıqlarda istifadə etmək niyyətindədir. Axı Bakı bir ildir ki, Moskvanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasına görə açıq şəkildə üzr istəməsini gözləyir. Moskva isə öz arqumentlərini ikitərəfli danışıqlara hazırlamaq üçün fasilə verirdi. Ancaq Yekaterinburq müstəntiqlərinin uğursuzluğu Moskvanı pis vəziyyətə salıb” deyə, sayt yazır.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı Səfərov qardaşlarından ikisi öldürülüb, bir neçə nəfər saxlanılıb, onların sırasında Kamal Səfərov da var. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski isə ilk dəfə iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaları Şıxlinskinin içərisində olduğu avtomobilin qarışısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar.

M. Şıxlinski saxlanılandan 15 dəq sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb. Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da M. Şıxlinski saxlanılaraq barəsində həbs-qətiimkan tədbiri seçilib. Ş. Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Ş. Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.

Verx-İsetski Rayon Məhkəməsi Şahin Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib. Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.

Chosen
5
5
editor.az

6Sources