EN

Qubada qəzada ölən gənc rayon xəstəxanasının əməkdaşı imiş - FOTOSU

Xəbər verdiyimiz kimi, Quba rayonunda ağır qəza baş verib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Ağbil kəndi ərazisində qeydə alınıb. Belə ki, Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı avtomobillə düşdüyü qəzada ölüb. Ceyhun Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi çalışırmış. Onun bu yaxınlarda toyunun olduğu bildirilir. Həmçinin qəza nəticəsində avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

image

Chosen
11
6
avtosfer.az

7Sources