EN

QR kod ilə mesaj: Netanyahunun yaxasındakı nişanın sirri açıldı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı yaxasındakı QR kod diqqət çəkib.

Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, onu smartfonla skan edən hər kəs 7 oktyabr 2023-cü il tarixində HƏMAS tərəfindən

İsraildə törədilən kütləvi qırğınla bağlı xüsusi səhifəyə yönləndirilir. Səhifədə qətlə yetirilən insanların fotoları, hadisə yerləri və terrorun sənədləri nümayiş olunur.

Bundan başqa, Netanyahu çıxışında digər maraqlı üsullara da əl atıb: test tapşırığı göstərib, variantları qeyd edib və xəritə üzərində İsrail ordusunun terrorçu liderləri hədəf alaraq məhv etdiyi yerləri işarələyib.

O, xüsusilə HƏMAS rəhbəri Yahya Sinvara və “Hizbullah” lideri Nasrallaya diqqət çəkərək deyib ki, “onlar artıq getdi”, yəni məhv edildi.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
globalinfo.az

3Sources