Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.
"Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub", - o qeyd edib. Dominos pizza
Paşinyan həmçinin vurğulayıb ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gələ biliblər.
Telegram kanalımız