EN

Quru gavalı – yaşlı qadınlarda sümük itkisinə qarşı möcüzə

Sümük kütləsinin azalması 50 yaşdan yuxarı qadınların yarısından çoxunda müşahidə olunan ciddi bir problemdir. Dərmanlar və hormon terapiyası isə çox vaxt ömürlük qəbul tələb edir və müəyyən risklər daşıyır. Buna görə də həyat tərzi və düzgün qidalanma sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. ABŞ-da aparılan yeni araşdırma göstərir ki, gündəlik quru gavalı istifadəsi menopauzadan sonrakı qadınlarda sümük itkisini yavaşlada bilər.

E-saglam.az xəbər verir ki, yeni tədqiqatın nəticələri Journal of Nutrition jurnalında dərc olunub. Alimlər müəyyən ediblər ki, quru gavalı gündəlik qəbul edildikdə sümüklərlə bağlı iltihabi siqnal yollarını zəiflədərək sümük kütləsinin itkisinin qarşısını qismən ala bilir.

Araşdırma göstərib ki, gündə 50–100 qram (təxminən 5–12 ədəd) quru gavalı yemək, iltihab prosesini gücləndirən bəzi göstəricilərin – sitokinlərin və aktivləşdirilmiş monositlərin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Məsələn, 50 qram quru gavalı gündəlik istifadə edildikdə şiş nekrozu faktoru-α səviyyəsi enib, 100 qram qəbulda isə interleykin-1β, interleykin-6, interleykin-8 və aktiv monositlərin fəaliyyəti azalıb.

Alimlər bu nəticələri quru gavalının tərkibindəki zəngin bioloji aktiv maddələrlə – vitaminlər, minerallar, fenol turşuları və polifenollarla izah edirlər. Bu maddələr birlikdə təsir edərək iltihabı azaldır və sümük rezorbsiyasının qarşısını alır. Araşdırmanın həmmüəllifi Konni Rodcers qeyd edib:“Quru gavalıdakı bu komponentlər sinerji yaradaraq iltihabi sitokinlərin ifrazını və monositlərin aktivliyini azalda bilər.”

Ümumilikdə 183 iştirakçı bu araşdırmaya qatılıb və onlar üç qrupa bölünüblər:

quru gavalı qəbul etməyənlər (n=70),

gündə 50 qram yeyənlər (n=67),

gündə 100 qram yeyənlər (n=46).

İştirakçılar 12 ay ərzində bu pəhriz protokoluna əməl ediblər və gündəlik qəbul etdikləri quru gavalının miqdarını xüsusi gündəlikdə qeydə alıblar. Bu qeydlər tədqiqatçıların müşahidələrini dəstəkləmək üçün istifadə olunub.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
16
e-saglam.az

1Sources