EN

Paşinyan Ərdoğan və Əliyevlə münasibətindən danışdı: Yaxın gələcəkdə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu qərar ona görə verilib ki, Trampın həqiqətən sülh ideyasına sadiq olduğunu görüblər.

Paşinyan Ərdoğanla münasibətlərindən də söz açıb.

O, Türkiyə ilə dialoqda irəliləyişə diqqət çəkib və münasibətlərin normallaşmasının hazırkı mərhələsini müsbət addım adlandırıb.

“Mənimlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında etimad səviyyəsi durmadan artır. Türkiyə lideri ilə müntəzəm görüşlər bizə yaxın gələcəkdə konkret nəticələr – diplomatik münasibətlərin qurulmasını və sərhədlərin tam açılmasını gözləməyə imkan verir”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
19
globalinfo.az

10Sources