EN

Lavrov: Ukrayna münaqişəsindən sonra Avropa təhlükəsizlik modeli dirçəlməyəcək

BAKI, 27 sentyabr. TELEQRAF

"Ukrayna münaqişəsindən sonra Avropada əvvəlki Avro-Atlantik təhlükəsizlik modelini bərpa etmək cəhdləri əbəsdir".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində deyib.

“Qərbin davranışı NATO, Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına əsaslanan Avro-Atlantik təhlükəsizlik modelini mənasızlaşdırıb. Biz bu modeli Avropada əvvəlki formada bərpa etmək ideyası üçün heç bir perspektiv görmürük, bəzi Avropa paytaxtları birdən-birə düşünməyə başladılar",- o qeyd edib.

Xarici işlər naziri vurğulayıb ki, “Rusiya və onun həmfikir tərəfdaşları bu təhlükəli kursa konstruktiv alternativ təklif edirlər: Avrasiyada NATO üzvləri və onların müttəfiqləri üçün deyil, istisnasız olaraq qitədəki bütün ölkələr və assosiasiyalar üçün bərabər və bölünməz təhlükəsizlik arxitekturasının qurulması”.

Nazir xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), Avrasiya İqtisadi Birliyi (EAEU), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Körfəz Əməkdaşlıq Şurası (GCC) kimi birlikləri xatırladıb.

"Həqiqətən ümumkontinental proses qaçılmazdır", - Lavrov vurğulayıb.

O deyib ki, bu məqsədlə Belarus və Rusiya İttifaq Dövlətində tərəfdaş kimi XXI əsrdə Avrasiya Müxtəliflik və Çoxqütblülük Xartiyasının hazırlanmasını təklif edirlər.

Chosen
41
teleqraf.com

1Sources