EN

Danimarka hava limanlarına hücumlar: Dronlar Rusiya gəmi və tankerlərindən idarə olunub?..

NZZ: Danimarka aerportlarına hücumda Rusiyaya bağlı dörd gəmi dənizdən idarə edilmiş dronlarla əlaqələndirilir...

Poliqon xəbər verir ki, Neue Zürcher Zeitung (NZZ) nəşri Danimarkadakı aeroportlara dron hücumlarını və bu hücumlarla əlaqəli Rusiyaya bağlı dörd gəmiyə dair təhlil aparıb.

Bildirlir ki, “Oslo Carrier 3” yük gəmisi bazar ertəsi axşamı Kastrup aeroportunun bir neçə kilometrliyində olub, həmin vaxtda dronlar aeroportun fəaliyyətini dayandırıb. Gəmi Portuqaliya bayrağı altında hərəkət edir və Norveç şirkətinə məxsusdur, filialı isə Rusiyanın Kalininqrad şəhərindədir. Ekipaj tamamilə ruslardan ibarətdir. Qeyd edilir ki, gəmi daha öncə də Kyoqe limanında yanvarın 3-də dron sürülərinin göründüyü hadisələrdə araşdırıcıların diqqətini cəlb edib.

Bazar ertəsi axşamı bir qədər şərqdə “Astrol-1” adlı yük gəmisinin də olduğu müşahidə olunub. Gəmi Rusiya bayrağı altında hərəkət edir və ABŞ sanksiya siyahısına daxil edilmiş “Pola Raiz” şirkəti ilə əlaqələndirilir. “Astrol-1” dronların görüldüyü vaxt Dənimarka ilə İsveç arasında sahilboyu səth sularında zig-zag hərəkət edirmiş.

Üçüncü şübhəli gəmi, neft tankeri “Pushpa”, bazar ertəsi axşamı Baltik dənizində Kopenhagen aeroportundan təxminən 85 kilometr uzaqlıqda aşkarlanıb. Tanker Rusiyanın kölgə donanmasına məxsusdur və Qərb sanksiyaları altındadır. O, həmçinin Yutlandiya sahilləri boyunca hərəkət edib, çərşənbə axşamı isə beş aeroport və kazarmaların üzərində dronlar müşahidə olunub.

Nəhayət, Rusiya hərbi gəmi “Aleksandr Şabalin” də bir neçə gündür Dənimarka sahillərində izləmə sistemini söndürərək yavaş hərəkət edir. Məlumata görə, gəmi “Pushpa” tankeri üçün təhlükəsizlik təmin edir.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources