EN

Paşinyandan “3+3” formatı və Rusiya ilə bağlı vacib açıqlama...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan “3+3” formatını regional məsələlərin müzakirəsi və Rusiya ilə ənənəvi dialoqun inkişafı üçün mühüm platforma adlandırıb.

Globalinfo.az xəbər verir ki, Paşinyan çıxışı zamanı deyib:

“Moskva ilə ikitərəfli formatda aktiv təmaslar davam etdirilir”, – Paşinyan vurğulayıb.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında İran və Rusiyanın iştirak etdiyi “3+3” formatının Cənubi Qafqazdakı problemlərin həlli üçün effektiv mexanizm olduğunu bəyan edib.

Xatırladaq ki, Rusiya “3+3” formatının (bir tərəfdən Ermənistan, Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Rusiya, İran və Türkiyə) yaradılmasına fəal yardım edib. Gürcüstan hələlik görüşlərdə iştirak etmir. Lakin digər iştirakçılar dəfələrlə bildiriblər ki, qapı Tbilisi üçün açıq olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
globalinfo.az

1Sources