EN

Tramp müdəfiə nazirinə ƏMR ETDİ: Bu şəhəri qoruyun"

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə müharibədən zərər çəkmiş Portlend və mühasirəyə alınmış ICE obyektlərini Antifa və digər terrorçuların hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri təmin etməyi tapşırıb.

Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib.

Ağ Ev rəhbəri bu məqsədə çatmaq üçün lazım gələrsə, bütün gücdən istifadə etməyə icazə verdiyini açıqlayıb.

Bu həftə Tramp ABŞ-da “Antifa” hərəkatını terror təşkilatı kimi tanıyan fərman imzalayıb. Sənəddə qeyd olunur ki, bu qərar hərəkatın siyasi zorakılıq modelindən istifadə edərək siyasi fəallığı boğması və hüquq qaydasını pozması ilə əsaslandırılıb.

Chosen
21
2
publika.az

3Sources