EN

Auditorlar Palatasının kollektivi Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından beş il ötür. 27 Sentyabr – Anım Günü xalqımızın qəhrəman şəhidlərinin əziz xatirəsinə ehtiramın təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının kollektivi Anım Günü münasibətilə Zəfər parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla anıb. Parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

Chosen
15
6
azertag.az

10Sources