Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.
Operativ Media xəbər verir ki, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb.
-66 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. -60 kq çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.