Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri startgötürüb.
Trend-inməlumatına görə, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyəqalxıb.
66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb.İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və MuradMuradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycanümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birincipillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.