AZ

Açıq Avropa Turniri: Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyə qalxıb.

66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60 kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
9
azertag.az

10Mənbələr