EN

Misir Trampın Qəzzada atəşkəs planını dəstəkləyir

BAKI, 27 sentyabr. TELEQRAF

"Misir ABŞ Prezidenti Donald Trampın Fələstinin Qəzza zolağında münaqişənin həlli ilə bağlı baxışını dəstəkləyir".

Teleqraf xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Abdel Atti BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

“Biz Qəzzaya qarşı ədalətsiz müharibəyə son qoymaq üçün region liderləri ilə işləməyə hazır olduğunu bəyan edən Prezident Donald Trampa minnətdarlığımızı bildiririk”, - deyə nazir bildirib.

“Misir Prezident Trampın sabitliyin bərpası, müharibənin dayandırılması və Fələstin dövlətinin yaradılmasına yol açan siyasi üfüqün açılması ilə bağlı vizyonunu həyata keçirməyə tam sadiqdir”.

Chosen
28
teleqraf.com

1Sources