BAKI, 28 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp federal hökumətin bağlanmasının qarşısını almaq üçün Konqresdəki hər iki partiyanın liderləri ilə görüşməyi planlaşdırır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, görüş sentyabrın 29-da baş tutacağı gözlənilir.
Məlumata görə, Tramp Ağ Evdə Nümayəndələr Palatasının spikeri Mayk Conson, respublikaçıların lideri Con Tun, həmçinin Demokratların Konqresdəki liderləri Hakim Cefrisi və Senatın Demokrat lideri Çak Şumeri ilə görüşəcək.