AZ

Şatdaun təhlükəsi:

ABŞ Prezidenti Donald Tramp hökumətin fəaliyyətini dayandırması (şatdaun) ehtimalı fonunda bazar ertəsi Respublikaçılar və Demokratların Konqres liderləri ilə görüşəcək.

 

Bu barədə “Associated Press“ Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

 

“Nümayəndələr Palatasının spikeri Mayk Consonun və Senatda çoxluq lideri Con Tunun, həmçinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından  lideri Hakim Cefris və Senatda azlıqların lideri Çak Şumerin qatılacaqları görüşün keşiriləcəyi Ağ Ev rəsmisi və məsələ ilə tanış olan başqa bir şəxs tərəfindən təsdiqlənib”, - agentlik bildirib.

 

Xatırladaq ki, büdcə səsverməsi çərşənbə axşamı, sentyabrın 30-na planlaşdırılıb. Heç bir tədbir görülməsə, hökumətin fəaliyyəti oktyabrın 1-i saat 00:01-dən dayandırılacaq.

Seçilən
8
6
senzor.az

10Mənbələr