EN

Alimlər virus zülalları üçün ən böyük məlumat bazasını təqdim ediblər

Bakı. Trend:

Qlazqo Virus Tədqiqatları Mərkəzinin alimləri süni intellektinköməyi ilə “Viro3D” adlı yeni məlumat bazası hazırlayıblar. Bu bazainsan və heyvan viruslarının zülal strukturlarını əhatə edəndünyanın ən geniş resursu hesab olunur.

Trend-in məlumatıa görə, bu barədə "MedicalXpress" portalıbildirib.

Məlumata əsasən, “Viro3D” 4400 virusdan 85 min zülalın yüksəkkeyfiyyətli struktur modelini ehtiva edir. Bu, indiyə qədər mövcudolan məlumatlardan 30 dəfə çoxdur. Baza pulsuzdur və araşdırmaçılarüçün açıq şəkildə təqdim olunur.

Mütəxəssislərin sözlərinə görə, bu layihə virusların mənşəyi vətəkamülü barədə anlayışı genişləndirəcək, həmçinin hepatit, HİV,soyuqdəymə və COVID-19 kimi xəstəliklərə qarşı dərman vəvaksinlərin hazırlanmasını sürətləndirəcək. Tədqiqatçılar artıqSARS-CoV-2 ilə bağlı maraqlı nəticələr əldə ediblər. Məlumatlargöstərib ki, virusun bəzi əsas zülalları qədim herpes virusları iləgenetik mübadilə nəticəsində yaranmış ola bilər.

Chosen
15
4
az.trend.az

7Sources