EN

"İnstaqramı döndəriblər ginekoloji stola"

"İnstaqramı

Aparıcı Rövşanə Ağasəfqızı ginekoloqları sosial media hesablarındakə paylaşımlarına görə tənqid edib.Ulusum.az xəbər verir ki, bu barədə aparıcı instaqram hesabında yazıb:"Bəzi həkimlər lap ağ ediblər. Abır-həya qalsın, kimisə bu şəkildə göstərmək tərbiyəsizlikdir sadəcə. Ayıbdır vallah. Nə edirsiniz, edin, daha bunu gözümüzə soxmayın. Ərin xəyanət etməyəcək nə deməkdir? Belə çıxır ki, bu prosedurlardan keçməyənlərin əri ucdan tutma xəyanət edir? Abrınız olsun! Çörəyiniz çıxan orqanı belə urvatsız etməyin!Vallah kişilərdə qadına maraq qalmayacaq. Hər şey ortadadır. Bir tikə çörək yemişdik, ürəyimiz çıxdı ağzımıza. Kimin harasından nə axır nəyimizə lazımdır? Ginekoloqların çoxunun paylaşımlarından ifrazat qoxusu gəlir. İnstaqramı döndəriblər ginekoloji stola. İsmin bütün hallarını beldən aşağı işlədirlər. Nə qədər iyrənc...".R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib

27 Sentyabr – Anım Günü: Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərdən suverenliyə uzanan yol

Ən maraqlı bürclər

Chosen
10
10
ulusum.az

10Sources